Peru prezidenti Pedro Kastilyoya parlament impiçment elan etdikdən dərhal sonra o, polis tərəfindən həbs edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat
yayıb.
Kastilyonun parlamenti buraxmaq və fövqəladə hökumət yaratmağa cəhdindən sonra onun istefasını 101 parlamentari dəstəkləyib.
Dövlət başçısının funksiyalarını Perunun ilk qadın lideri olacaq vitse-prezident Dina Boluarte yerinə yetirəcək.
Kastilyo, vəzifəsindən özünə, ailəsinə və yaxın müttəfiqlərinə fayda gətirmək üçün istifadə etdiyinə görə bir neçə prokuror araşdırmasına məruz qalıb. Ümumilikdə korrupsiya sxemlərinin təşkili ittihamı ilə beş cinayət işi başlanıb.
Nizami Bağırov
Şərhlər