Xəbər lenti

Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...
Ekonomiks 16:25 09.10.2024

Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil...

"Azərbaycanda orta ömür rəsmi məlumatda göstəriləndən daha azdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Akif Nəsirli deyib. O, hesab edir ki, statistikalar təhlilər üçün nəzərdə tutulur:

"Reallıqlar real rəqəmlərə təsir edir. Bütün bunlar pensiyaya çıxan əhalinin sayının azalmasına gətirib çıxardır. Pensiya yaşına çatmadan da dünyasını dəyişənlər az deyil".
 


Akif Nəsirli bildirib ki, Azərbaycanda qadınlar 64, kişilər isə 65 yaşında pensiyaya çıxır:

"Kişilərin orta yaş həddi təxminən 72, qadınların isə ömür uzunluğu 74-dür. Azərbaycan qanunla pensiyaçılara 12 il pensiya verilir. 12 illik pensiya müddətinin bu qədər uzun olması, orta ömür uzunluğunun aşağı düşməsi, pensiya yaşının qaldırılması - bu 3 amilin təsiri altında pensiyaçılarımızın sayı yaşa görə sürətlə azalır".
 

Akif Nəsirlinin fikrincə, 2017-ci ilin iyulun 1-də qüvvəyə minən qanunun əsas, yəni görünməyən hədəflərindən biri bu idi ki, pensiyaçıların sayı azalsın: 

"Yəni dövlət büdcəsinin xərclərinin bu istiqamətdə azaldılması qanunun əsas hədəflərindən biri idi. Artıq indi bu hədəfə nail olunur. Ona görə də pensiyaçılarımızın sayı sürətlə azalır. Bura ömür uzunluğu da təsir edir. Çünki hazırda statistika 71 və 74 yaş göstərir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->