Xəbər lenti

Niger jurnalistləri üsyançı hökuməti dəstəkləyir
Dünya 22:30 23.08.2023

Niger jurnalistləri üsyançı hökuməti dəstəkləyir

Niger Jurnalistlər Assosiasiyası hakimiyyəti ələ keçirən üsyançıları dəstəklədiyini bildirib.

Qaynarinfo-nun məlumatına görə, jurnalistlər qeyd ediblər ki, indiyədək onlar yeni hakimiyyət tərəfindən "mətbuat azadlığının pozulması hallarını” müşahidə etməyiblər.

"Niger Jurnalistlər Assosiasiyası Vətənin Müdafiəsi üzrə Milli Şura və onun rəhbəri, briqada generalı Əbdürəhman Tiani, dövlət başçısı, həmçinin Əli Mahamane Lamin Zeynin rəhbərlik etdiyi keçid hökumətini dəstəklədiyini bildirir”, deyə məlumatda bildirilir.

İyulun sonunda Niger hərbçiləri milli televiziya vasitəsilə ölkə prezidenti Məhəmməd Bazumun hakimiyyətdən getdiyini elan ediblər. Əksər Qərb liderləri və Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) regional təşkilatı çevrilişi pisləyib. Avqustun əvvəlində ECOWAS ölkələrinin Silahlı Qüvvələri Baş Qərargah rəislərinin Abukada (Nigeriya) keçirilən fövqəladə iclasının iştirakçıları Nigerə hərbi müdaxilə halında plan qəbul ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->