Xəbər lenti

Nəsiman Yaqublunun ölümü Rəsulzadəni ağlatdı
Ölkə 10:51 26.08.2024

Nəsiman Yaqublunun ölümü Rəsulzadəni ağlatdı

Xəbər verdiyimiz kimi, avqustun 25-də tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.

Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınan Nəsiman Yaqublu Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə yaxın münasibətdə olub. 

Modern.az Nəsiman Yaqublunun ölümü barədə Rais Rəsulzadə ilə əlaqə saxlayıb.

Rais Rəsulzadə bu acı xəbəri eşidən kimi "Nə danışırsan, o mənim canım-ciyərim idi”, - deyərək göz yaşlarını saxlaya bilməyib.

N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib.

Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza ötən gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->