Xəbər lenti

NATO niyə hələ də mövcuddur? - Prezidentdən İlon Maska cavab
Dünya 16:10 04.03.2024

NATO niyə hələ də mövcuddur? - Prezidentdən İlon Maska cavab

Latviya Prezidenti Edqars Rinkeviçs amerikalı milyarder İlon Maskın keçmiş sosialist ölkələrinin Varşava Müqaviləsinin dağılmasına baxmayaraq, NATO-nun niyə mövcud olmağa davam etdiyinə təəccübləndiyi yazısına cavab verib.

Qaynarinfo xəbər verir ki, bu barədə prezident "Twitter” (X) səhifəsində yazıb.

"Hörmətli İlon Mask NATO-nun yaranmasının səbəbi və Alyansın mövcud olmasının və yaşamasının səbəbi Rusiya və azad dünyanın digər düşmənləridir", - Rinkeviçs qeyd edib.

Bundan əvvəl Latviya prezidenti Vladimir Putinin Rusiya Federal Məclisinə müraciətini şərh edərək, müttəfiqləri Ukraynaya silahla daha fəal kömək etməyə və öz müdafiə imkanlarını gücləndirməyə çağırıb.

Bildiyiniz kimi, fevralın 29-da Putin Federal Məclisdə çıxış edərək, digər məsələlərlə yanaşı, nüvə qüvvələrinin "tam hazırlığı” barədə danışıb.

Rusiya rəhbəri NATO qoşunlarının Ukraynaya cəlb edilməsi ilə bağlı potensial qərarın nəticələri ilə bağlı qorxularını da dilə gətirib.

Eyni zamanda o, Rusiyanın Avropa ölkələrindən birinə hücum edə biləcəyi qorxusunu "cəfəngiyyat” adlandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->