Xəbər lenti

Namibiyada dabaq xəstəliyi kəskin artdı
Sağlamlıq 21:51 15.10.2022

Namibiyada dabaq xəstəliyi kəskin artdı

Namibiyanın şimal-şərqində dabaq xəstəliyinin kəskin artımı qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua” xəbər agentliyi ölkənin baş baytar həkimi Albertina Şilonqoya istinadən məlumat yayıb.

Onun sözlərinə görə, bütün Zambezi rayonunun ərazisi infeksiya zonası elan edilib. Orada cütdırnaqlı heyvanların hərəkətinə müvəqqəti qadağa tətbiq edilib. A.Şilonqo gələn həftə mal-qaranın peyvəndlənməsinı başlanacağını açıqlayıb.

Dabaq xəstəliyi iri və xırdabuynuzlu mal-qara, camış, at və donuzlara təsir edən kəskin yoluxucu xəstəlikdir. Hərarətin yüksəlməsi və ağız boşluğunun selikli qişasının, yelin və ətrafların dərisinin aftoz zədələnməsi ilə xarakterizə olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->