Argentinalı futbolçu Lionel Messi İbizadakı villasına boya tökdükləri üçün ətraf mühit fəallarından 50 min avro tələb edir.
Qaynarinfo xəbər verir ki, Futuro Vegetal təşkilatının fəalları villaya boya atıblar.
Messi hesab edir ki, təşkilat üzvləri ona dəyən ziyanı ödəməlidir. Fəallar binanın qanunsuz tikili olduğunu iddia edirlər.
Villa Messi tərəfindən 2022-ci ildə 11 milyon avroya alınıb. Malikanənin keçmiş sahibi qarajın bir hissəsini yaşayış sahəsinə çevirmək üçün razılaşdırılmamış iş aparmaqda şübhəli bilinirdi ki, bu da relyefin dəyişməsinə səbəb olub. Bu səbəbdən ətraf mühit fəalları etiraz aksiyası keçirib.
Aydın
Şərhlər