Xəbər lenti

Məşhur aktyorun oğlu anası anasına hücum etdiyi üçün saxlanılıb
Dünya 18:18 11.07.2024

Məşhur aktyorun oğlu anası anasına hücum etdiyi üçün saxlanılıb

Amerikalı aktyor Nikolas Keycin oğlu Ueston Los-Ancelesdə saxlanılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" Los-Anceles Polis Departamentinin nümayəndəsinə istinadən məlumat yayıb.

Uestonun psixi sağlamlıq problemləri var. O, anası Kristina Fultona hücum etdiyi üçün saxlanılıb. Aktyorun oğlunun qarşıdurma zamanı odlu silahdan istifadə etdiyi bildirilir.



Nəşrin məlumatına görə, kiçik Keyc 150 min dollar girov müqabilində azadlığa buraxılıb. Nikolas Keycin özünün ödəniş etdiyi bildirilir.

"Ailə bunun baş verəcəyini bilirdi, lakin deməyə ehtiyac yoxdur, bu, çox böyük şokdur", deyə mənbə bildirib.



Bu, Ueston Keycin anasına qarşı zorakılıqda ittiham edilməsi ilk hal deyil. Kristina Fulton mayın 5-də axşam saatlarında Los-Ancelesdəki evində Uestonun hücumuna məruz qalıb və onunla mübahisə edib. Los-Anceles hüquq-mühafizə orqanlarındakı mənbə polisin şikayət aldığını və Uestonun şübhəli olduğunu təsdiqləyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->