Xəbər lenti

MDB məkanında yeni separatçılıq kabusu dolaşır - Politoloq
Dünya 12:59 14.05.2022

MDB məkanında yeni separatçılıq kabusu dolaşır - Politoloq

Bu yaxınlarda qondarma "prezident seçkiləri” keçirən Cənubi Osetiyanın separatçı rejimi indi də referendum keçirtmək niyyətinə düşüb. Referendumda da əsas sual qondarma "respublika”nın Rusiyaya birləşməsilə bağlıdır. Qeyd edək ki, MDB məkanında mövcud olan separatçı rejimlərin Rusiyaya birləşməsi ideyası ilk əvvəl Rusiyanın Ukraynaya təcavüzünün ilk dövrlərində Luqanskdakı separatçı rejimdən gəlib. Ardınca Cənubi Osetiya da bu avantüraya gedəcəyini bəyan etdi. Birmənalı şəkildə bəllidir ki, Rusiyaya birləşmək ideyasının müəllifi Kremldir. Vaxtilə MDB məkanında yaratdıqları bu separatçı və oyuncaq rejimləri Moskva indi tam şəkildə öz çətiri altına almaqla bu ərazilərin əsl sahiblərinə qaytarılmasını ümumiyyətlə mümkünsüz edə biləcəyini düşünür. Bu səbəbdən də MDB məkanında yaratdıqları saxta qurumları indi də Rusiyaya birləşdirmək kimi çürük ideyanı ortaya atıblar. Görəsən, Cənubi Osetiyanın atdığı bu addımın MDB məkanına nə kimi təsirləri ola bilər?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Nəsimi Məmmədli bildirdi ki, Cənubi Osetiyanın ardınca MDB-dəki digər separatçı rejimlər də anoloji yanaşmanı təkrarlamağa çalışacaqlar:
 

 
"Bu tip aksiyalar Rusiyadan qaynaqlanır və əsasən də Cənubi Qafqaz ölkələrinə təsir göstərməyə hesablanıb. Separatçı rejimlərin hər biri Rusiyadan qaynaqlanır. Onların hər birinin ilhamvericisi Moskvadır. Separatçı rejimlər indi də Rusiyaya birləşmək kimi ideyaları gündəmə gətirirlər. Əlbəttə ki, bu, Moskvanın göstərişi ilə həyata keçirilir.  Kreml Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün ziddiyət və münaqişələrin olmasını istəyir. Bu nöqteyi-nəzərdən digər separatçı rejimlər də çox güman bu tip yanaşmaları təkrarlamağa cəhd göstərəcəklər”. 

Qarabağdakı separatçılara gəldikdə isə, həmsöhbətimizə görə, onların anoloji addımda bulunmaq cəhdləri onların tamamilə məhv olmaları ilə sonuclanacaq:
 
"Amma konkret olaraq Qarabağ erməniləri belə bir cəhddə bulunmağa çalışarsa, bu, birmənalı şəkildə oradakı qondarma rejimin tamamilə məhvinə gətirib çıxaracaq. Çünki bu halda Azərbaycanın anti-terror əməliyatı keçirməsi üçün əsas yaranacaq. Bu isə qondarma rejimin tam məhvinə səbəb olacaq. Belə vəziyyət həmçinin Rusiya Azərbaycan münasibətlərini korlaya bilər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->