Xəbər lenti

Ekonomiks 16:16 05.10.2024

"Marketlərin fəaliyyətində ciddi problem var" - Çıxış yolu nədir?

"Azərbaycanda marketlərin fəaliyyətini tənzimləyən hansısa hüququ normativ akt yoxdur. Ona görə də market sahibləri istehlakçıların hüquqlarını poza bilirlər".
 
Bunu Qaynarinfo-ya iqtisadçı Akif Nəsirli deyib. 

Ekspert bildirib ki, hər bir məhsulun spesifik xüsusiyyətləri mövcuddur:

"Biri var quru məhsullar, ərzaqlar, bir də heyvan mənşəli qidalar. Məsələn, süd, qatıq, ət, kolbasa və s. bunlar xüsusi dərəcədə saxlanılmalıdır. Marketlər həmin məhsulları qəbul edərkən onları gətirən maşının içərisindəki daxili temperaturu öçməlidir. Məhsul istehsaldan marketə kimi hansı temperaturda gəldiyi müəyyən edilməlidir. Temperaturun onun keyfiyyətinə təsir edib-etməməsi yoxlanılmalıdır. Diri heyvanların isə marketlərdə satılması qəti qadağaındır, olmaz". 
 


Akif Nəsirli bildirib ki, bütün dünyada marketlərin fəaliyyətini tənzimləyən hüququ normativ aktlar var:

"Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar var. Bu qaydalar olmalıdır. İstehlakçılar marketə girən zaman çantaları alınır, saxlama kamerasına qoyulur. Onların da açarları yoxdur. Bəzən vətəndaş qayıdan zaman çantalarını tapa bilmir, yaxud da başqa-başaq qaydalar da var istehlakçılar bundan zərər çəkir. Bəzən kimsə marketdə çəkiliş aparmaq istəyir ki, buna da administrator icazə vermir? Niyə? Siz burada neyləyirsiniz ki? Antiinhisar xidmətinə şikayət edəndə isə onda deyillər ki, çəkiliş, foto var? Deyəndə ki, icazə vermirlər, deyirlər niyə verməməlidirlər? Marketlərin fəaliyyətində ciddi problem var. Marketlər onlara məhsul verən şirkətlərinin pulunun ödənilməsini geçikdirirlər, bəzənsə heç məhsulun pulunu vermirlər. Deyirlər ki, sizin gətirdiyiniz mal zay məhsul olub. Halbuku market həmin məhsulu atmayıb, satıb”. 

Akif Nəsirli hesab edir ki, bütün bunların qarşısını almaq üçün marketlərin fəaliyyətini tənzimləyən hüquqi normativ aktın olması mütləqdir. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->