Xəbər lenti

Maori kralı öldü
Dünya 08:44 30.08.2024

Maori kralı öldü

Yeni Zelandiyanın Maori kralı VII Tuheitia Potatau Te Ferofero 69 yaşında vəfat edib. 

Qayanrinfo xəbər verir ki, o, xəstəxanada ürək əməliyyatından sonra müalicə alırdı və ailəsinin əhatəsində dinc şəkildə dünyasını dəyişib. 

AFP xəbər verir ki, kədər əlaməti olaraq ölkədəki bütün hökumət binalarında dövlət bayraqları yarıya endirilib. Yeni Zelandiyanın suveren başçısı olan III Çarlz bu yaxınlarda Maori kralı ilə telefonla danışdığı üçün bu xəbərdən şoka düşdüyünü bildirib. O, Maori kralının vəfatı ilə bağlı başsağlığı verib.

Növbəti beş gün ərzində Yeni Zelandiyada Maori tayfalarının nümayəndələri ilə yanaşı, Sakit okean ölkələrinin nümayəndə heyətlərinin də iştirak edəcəyi anım tədbirləri keçiriləcək. Dəfn mərasimi sentyabrın 5-də Taupiri dağında planlaşdırılır. Həmin gün, mərasimdən əvvəl yeni monarx seçilməlidir.

Maori hərəkatı 1850-ci illərdə Yeni Zelandiyanın yerli qəbilələrini birləşdirmək məqsədi ilə başlayıb. Maori kralının statusu qeyri-rəsmidir və heç bir hüquqi qüvvəyə malik deyil. Kral seçilir və vəzifə irsi deyil. Onun hakimiyyəti yalnız icmaların bir hissəsi tərəfindən tanınır, lakin yerli xalqın lideri kimi onların nümayəndəsidir. Tuheitia 21 avqust 2006-cı ildə taclandırılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->