Xəbər lenti

Malidə “vaqnerçi”lər darmadağın edildi
Dünya 12:18 15.08.2024

Malidə “vaqnerçi”lər darmadağın edildi

Malili Tuareq üsyançıları "Vaqner” muzdlularına ağır itkilər verən əməliyyata xaricdən dəstək olmadıqlarını bildiriblər.

Qaynarinfo xəbər verir ki, bunu üsyançı alyansın nümayəndəsi Məhəmməd Elmaulud Ramadan "Reuters” agentliyinə şərhində bildirib.

O qeyd edib ki, üsyançılar Ukraynadan heç bir yardım almayıb.

"Açıq deyə bilərik ki, Tinzauatenidəki döyüşlər üçün xaricdən yardım almamışıq”, - Elmaulud bildirib.

Onun sözlərinə görə, əvvəllər də Ukrayna üsyançı hərəkata nə maliyyə, nə də döyüşçülərin hazırlanması ilə bağlı köməklik göstərib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->