Xəbər lenti

Macarıstan Aİ-nin Venesuela seçkiləri ilə bağlı birgə bəyanatını blokladı
Dünya 13:53 31.07.2024

Macarıstan Aİ-nin Venesuela seçkiləri ilə bağlı birgə bəyanatını blokladı

Macarıstan veto qoyduğu üçün Aİ bütün üzv dövlətlər adından Venesuela seçkilərinin nəticələri ilə bağlı birgə bəyanat verə bilməyib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” öz mənbələrinə istinadən məlumat yayıb.

Venesuelanın avtoritar prezidenti Nikolas Maduro iyulun 28-də keçirilən prezident seçkilərinin qalibi elan edilib. Hökumətin nəzarətində olan seçki orqanı elan edib ki, Maduro 51 faiz səslə qalib gəlib. Müxalifət seçki saxtakarlığını və öz namizədinin qalib gəldiyini bəyan edib.

Müzakirələrdən xəbəri olan iki məmur nəşrə bildirib ki, Aİ ölkələri seçkilərin nəticələri ilə bağlı narahatlıqlarını ifadə etmək üçün bazar ertəsi birgə bəyanat qəbul etmək istəyiblər, lakin Budapeştin mövqeyi buna mane olub.

Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Cosep Borrel öz adından bəyanat yayaraq bildirib ki, "yerli və beynəlxalq müşahidəçilərin mötəbər hesabatları seçkilərin çoxsaylı çatışmazlıqlar və qanun pozuntuları ilə yadda qaldığını göstərir”.

Macarıstanın çox güman ki, barışmaz qalacağını anlayan Borrel 27 Aİ üzv dövlətindən dəstək istəməkdənsə, çərşənbə axşamı öz adından ikinci bəyanat yayıb.
"(Venesuela) müxalifətinin ictimaiyyətə təqdim etdiyi məlumatlar ölkə hakimiyyətinin elan etdiyi nəticələrdən köklü şəkildə fərqli nəticələr göstərir", - Borrel ikinci bəyanatında bildirib.

"Səsvermə protokolları ictimaiyyətə açıqlanmayana və yoxlanılmayana qədər, artıq elan edilmiş seçkilərin nəticələrini tanınmaq mümkün deyil”, - bəyanatda deyilir.

Macarıstanın vetosu Aİ-nin xarici siyasətindəki əsas qüsuru vurğulayır və bu, qərarların, o cümlədən Venesuelaya qarşı gələcək potensial sanksiyaların 27 üzv dövlət tərəfindən yekdilliklə razılaşdırılmasını tələb edir. Almaniya kimi bəzi ölkələr xarici siyasət qərarlarının ixtisaslı səs çoxluğu ilə qəbul edilməsinin tərəfdarıdır.

 Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->