Xəbər lenti

İdman 18:04 26.08.2024

"Liverpul"un yeni baş məşqçisi ikinci oyunda rekorda imza atdı

İngiltərə "Liverpul"unun baş məşqçisi Arne Slot mersisaydlıların başında ilk iki oyunda qalib gəlməyi bacaran ilk mütəxəssis olub.

Qaynarinfo xəbər verir ki, İngiltərə Premyer Liqasının II turunda "Liverpul" "Brentford"a 2:0 hesabı ilə qalib gəlib. İlk turda isə mersisaydlılar "İpsviç" üzərində qələbə qazanıblar (2:0).

Slot "Liverpul"un baş məşqçisi postunda alman Yurgen Kloppu əvəz edib. Klopp 2023/24 mövsümü başa çatdıqdan sonra komandadan ayrılıb. O, 2015-ci ilin payızından komandaya rəhbərlik edirdi. "Qırmızılar" onun başçılığı altında İngiltərə Premyer Liqası, Çempionlar Liqası, klublararası dünya çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub.

Arne Slot məşqçi kimi 2022/23 mövsümündə "Feyenoord" ilə Niderland çempionu olub.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->