Xəbər lenti

Latviya Putinin “inauqurasiyasına” öz nümayəndələrini göndərməyəcək - XİN
Dünya 15:17 06.05.2024

Latviya Putinin “inauqurasiyasına” öz nümayəndələrini göndərməyəcək - XİN

Latviyanın xarici işlər naziri Baiba Braze ölkəsinin diplomatlarının Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə bazar günü, mayın 5-də X-də bildirib.

"Latviya səfirliyinin nümayəndələri bizim müdafiə etdiyimiz hər şeyə hücum edən təcavüzkar dövlətin başçısının andiçmə mərasimində iştirak etməyəcəklər. "Putin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən hərbi cinayətlərə görə axtarışa verilib”, - o yazıb.

Bundan əvvəl Böyük Britaniya, Litva, Kanada, Çexiya və Estoniya da Putinin "inaqurasiya mərasiminə” öz nümayəndələrini göndərməmək niyyətində olmaqdıqlarını bəyan ediblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->