Xəbər lenti

Konor Trampa müraciət etdi, Həbibi
İdman 23:12 06.08.2024

Konor Trampa müraciət etdi, Həbibi "iy verən dağ meymunu" adlandırdı

İki çəki dərəcəsində keçmiş UFC çempionu, irlandiyalı Konor Makqreqor ABŞ-ın keçmiş prezidenti Donald Trampın dağıstanlı Həbib Nurməhəmmədovun onun ən çox sevdiyi Ultimate Fighting Championship (UFC) döyüşçüsü olduğuna dair sözlərinə cavab verib və Həbibi "iyli dağ meymunu" adlandırıb. 

Qaynarinfo xəbər verir ki, konor bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

"Dağıstanın qohum dağlarından gələn üfunət qoxuyan kök dağ meymunu sizin sevimli UFC döyüşçünüzdür? Heyrət! Vay. Dəhşətli", deyə Makqreqor qeyd edib.

Qeyd edək ki, 34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Purye ilə döyüş olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb. Nurməhəmmədov 2018-ci ildə Makqreqorla döyüşə çıxıb və dördüncü raundda qalib gəlib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->