Xəbər lenti

Jurnalist Cəmil Məmmədlinin məhkəməsi təxirə salındı
Ölkə 13:02 17.08.2023

Jurnalist Cəmil Məmmədlinin məhkəməsi təxirə salındı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində jurnalist Cəmil Məmmədli barəsindəki cinayət işi ilə bağlı məhkəmə hazırlıq iclası keçirilib. 

Qaynarinfo xəbər verir ki, hakim Fəhmin Hümbətovun sədrliyi ilə baş tutan iclasda anket məlumatları dəqqiləşdirilib. Bundan sonra iclas avqtusun 24-nə kimi təxirə salınıb. 

Cəmil Məmmədli Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur. 

Cəmil Məmmədli bu ittihamları qəbul etmir və barəsindəki cinayət işinin qondarma olduğunu deyir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->