Xəbər lenti

“İşsizliyin aradan qaldırılmasına on illərlə vaxt lazımdır” - Ekspert
Ekonomiks 18:13 14.03.2023

“İşsizliyin aradan qaldırılmasına on illərlə vaxt lazımdır” - Ekspert

"Bu, ilk növbədə xidmət sahələri üzrə daxili investisiya həcminin artması ilə əlaqədardır”.
 
Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Fuad İbrahimov Azərbaycanda xidmət sahəsi üzrə əsas kapitala qoyulmuş xarici investisiyanın həcminin 2022-ci ildə 2021-ci illə müqayisədə 26 faizə qədər azalmasının səbəblərini izah edərkən deyib:
 
"Nəzərə alaq ki, son illər xidmət sahəsində xarici investisiyanı əsasən daxili investisiyalar əvəz etməyə başlayıb. Daxili  investisiyaların payında artım müşahidə olunur. Son dövrlər daxili kapital qoyuluşu xarici investisiyalarla müqayisədə son dərəcədə rəqabətyönümlüdür. Bu proses  dinamik olaraq artır”. 

Ekspert yaranmış durumda pandemiyadan qaynaqlanan təsirləri də istisna etmədi:
 
"Digər tərəfdən, bu azalmanı pandemiya dövrü ilə əlaqələndirmək olmaz, amma buna baxmayaraq, onun təsirinin hələ də müəyyən dərəcədə qalması da istisna olunmur. Baxmayaraq ki, pandemiyadan sonra iqtisadiyyat mərhələli şəkildə bərpa olunmağa doğru gedir, amma bu hələlik ciddi investisiya  cazibədarlığına gətirib çıxarmayıb. Çünki pandemiya fonunda yaranan strukturlu  işsizlik ordusunun tamamilə aradan qaldırıılmasına on illərlə vaxt lazımdır”. 

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci ildə Azərbaycanda xidmət sahələri üzrə əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 198 mln. 380.1 min manat təşkil edib. Bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 26 faiz və ya 69 mln. 768 min manat azdır. 2021-ci ildə xidmət sahələri üzrə əsas kapitala qoyulmuş xarici investisiyaların həcmi 268 mln. 148.3 min manata bərabər olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->