İran hökuməti Milli Neft Şirkətinin (NIOC) neft hasilatını gündə 400 min barel artıraraq, sutkalıq 4 milyon barrelə çatdırmaq planını təsdiqləyib.
Qaynarinfo "Tasnim" agentliyinin istinadən xəbər verir ki, müvafiq qərar mayın 25-də iqtisadi məsələlər üzrə hökumət komissiyasının iclasında qəbul edilib.
İclasda sədrlik edən prezident səlahiyyətlərini icra edən birinci vitse-prezident Məhəmməd Möhbər, neft naziri Cavad Oudji də daxil olmaqla, əsas nazirliklərin rəhbərlərinin iştirak edib. O, NIOC-un neft hasilatının səviyyəsini gündəlik 3,6 milyon bareldən 4 milyona çatdırmaq planını təqdim edib.
"Reuters"in mənbələrinə görə, Tehran artıq iyun ayında neft tədarükünün qiymətini bir barel üçün 3,1 dollar qaldırıb. OPEC-in aprel hesabatında 2024-cü ilin birinci rübündə İranda orta gündəlik hasilat səviyyəsi 3,174 milyon barel olaraq qiymətləndirilib.
Aydın
Şərhlər