Xəbər lenti

Ölkə 13:50 24.04.2024

"Həmin ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb"

Narkomanların yuvasına çevrilməsi barədə görüntülərdə əks olunan ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb. 

Bu barədə Qaynarinfo-ya DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib.

DİN rəsmisi qeyd edilb ki, Burada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ayrı-ayrı vaxtlarda 16 nəfər barəsində məsuliyyət tədbiri tətbiq olunub. 

Əraziyə naryad qrupu cəlb edilib, həmçinin ərazidə tüfeyli həyat tərzi keçirən şəxslərin yığışmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər keçirilib. 

Bundan başqa tikiliyə kənar şəxslərin girişi tam məhdudlaşdırılıb. Həmçinin görüntülərdə əks olunan şprislər də köhnə tarixə aiddir.

Qeyd edək ki, Binəqədidə yerləşən və qorunan abidələr siyahısına salınan tikili narkomanların yuvasına çevrilməsi barədə görüntülər yayılıb. 1915-ci ildə inşa edilən "Hacı Əmrah" hamamı son illər baxımsız vəziyyətdədir. Hamamının içinə girən ATB kanalının əməkdaşı oranın yararsız vəziyyətdə olmasının şahidi olub. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->