Xəbər lenti

Həkimdən bu valideynlərə xəbərdarlıq: Uşağınızı qoruyun, yoxsa...
Sağlamlıq 20:07 21.09.2024

Həkimdən bu valideynlərə xəbərdarlıq: Uşağınızı qoruyun, yoxsa...

Artıq yeni dərs ilinə start verilib. Dərs ilinin başlanğıcı payız ayına, fəsil dəyişən ərəfəyə təsadüf etdiyi üçün şagirdlər, xüsusən də, ibtidai sinifə gedənlər arasında soyuqdəymə, qrip kimi hallar müşahidə olunur. Ümumiyyətlə bu dövrdə uşaqların sağlam qalması üçün nələrə diqqət etmək lazımdır? Ətrafda olan yoluxucu xəstəliklərdən qorunmalarını necə təmin etmək olar?

Bu haqda "Yeni Sabah”a danışan pediatr infeksionist Aytən Ziyadova açıqlama verib:

"Dərs ilinin başlanğıcı və payız aylarının gəlişi ilə uşaqların sağlamlığını qorumaq üçün diqqət yetirilməsi vacib olan bir neçə əsas məqam var: vakansiyalar

İlk növbədə möhkəm immunitetin dəstəklənməsi əsasdır. Uşaqların balanslı və vitaminlərlə zəngin qidalanmasına diqqət edin. Mövsümi meyvə və tərəvəzlər, protein və liflər uşaqların immun sistemini gücləndirir. Çoxlu maye qəbul etmək də vacibdir, xüsusən də su və C vitamini ilə zəngin içkilər (məsələn, təbii şirələr).

Havanın təmizliyini təmin etmək lazımdır. Otaqların və siniflərin mütəmadi olaraq havalandırılması mikrobların yayılmasının qarşısını almaq üçün vacibdir. Sinif otaqlarında və evdə nəmləndiricilərin istifadəsi quru havanın qarşısını alaraq uşaqların nəfəs yollarının sağlam qalmasına kömək edir.

Həmçinin gigiyena qaydalarına əməl etməyi də unutmamalıyıq. Uşaqları əl yumaq vərdişinə alışdırmaq çox önəmlidir. Hər yeməkdən əvvəl, tualetdən sonra və məktəbdən evə qayıdanda əllərini sabunla yumaq vacibdir. Çalışın ki, uşaqlar yuyulmamış əllərini üzlərinə, xüsusən də ağız, burun və gözlərinə vurmasınlar”.

Həkim vurğulayıb ki, istirahət və yuxu rejiminə diqqət mütləqdir:

"Uşaqların kifayət qədər yatması immuniteti gücləndirir və onların soyuqdəyməyə qarşı daha dayanıqlı olmasına kömək edir. Gün ərzində oyunla, açıq hava fəaliyyətləri ilə də balansı qorumaq vacibdir.

Tibbi müayinələr və peyvəndlərdə diqqətdə saxlanılmalıdır. Vaxtında peyvəndlərin vurulması (qrip peyvəndi daxil olmaqla) uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qorumağa kömək edir. Uşaqların illik tibbi müayinələrini unutmayın və mövsümi xəstəliklərə qarşı tədbirləri həkimlə məsləhətləşin.

Kütləvi yerlərdən uzaq durmaq da vacib nüansdır. Xüsusilə infeksiyaların yayıldığı mövsümlərdə sıx yerlərdə olmaq risklidir. Uşaqları belə yerlərdən uzaq tutmaq və ya izdihamlı yerlərdə maska taxmaq faydalıdır. Bu tövsiyələr uşaqların sağlamlığını qorumaq üçün effektiv üsullardır”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->