Xəbər lenti

Əməkdar artist:
Sənət 15:55 21.09.2024

Əməkdar artist: "Konsertimin biletlərinin qiymətini bilmirəm"

"Konsertimin biletlərinin qiymətini bilmirəm. Mənim bir işim var, o da oxumaq, vəssalam".

Bunu Qaynarinfo-ya Əməkdar artist Elnarə Abdullayeva dekabr ayında baş tutacaq konsertinin 160 manata satılan biletlərindən danışarkən deyib. 

O bildirib ki, konserti Heydər Əliyev Sarayı təşkil edib: 

"300-350 manata bilet sata bilmərik. Gərək elə edək ki, bizi sevənlərin hər biri konsertə gələ bilsin. Biz elə adamlarıq ki, özümüzə uyğun hərəkət edirik".

Elnarə Abdullayeva bu dəfə konsertinin bir gün olacağını vurğulayıb:

"Hazırda bütün günü konsertə hazırlaşıram, yeni mahnılar, muğamlar üzərində işləyirik".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->