Xəbər lenti

Hədəfdə Lolitadır: Duma DİN-i tanınmış müğənnini təftiş etməyə çağırdı
Dünya 23:55 24.07.2024

Hədəfdə Lolitadır: Duma DİN-i tanınmış müğənnini təftiş etməyə çağırdı

Müğənni Lolita Milyavskaya Rusiyanı tərk edən həmkarlarının mahnılarını ifa etdikdən sonra Daxili İşlər Nazirliyinin yoxlamasına düşə bilər.

Qaynarinfo xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Dumanın Ailənin Müdafiəsi Komitəsinin rəhbəri Nina Ostanina idarəyə müraciət ünvanlayıb. Daxili İşlər Naziri Vladimir Kolokoltsevə ünvanlanan sənəddə "müğənni Lolita Markovna Milyavskayanın hərəkətlərinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğunluğunun yoxlanılmasına göstəriş verilməsi" tələbi var.

Müraciətdə qeyd olunur ki, 2024-cü ilin iyulunda Moskva və Sankt-Peterburqda konsertlərdə sənətçi reper Morqenşternin (Rusiya Federasiyası Ədliyyə Nazirliyi tərəfindən xarici agentlərin reyestrinə daxil edilib) "Cadillac” mahnısını və Alla Puqaçovanın repertuarından "Monoloq” mahnısını ifa edib.

Dövlət Dumasının deputatının sözlərinə görə, Lolita "ifası zamanı özünü təxribatçı aparıb, tamaşaçılara qışqırıb, ədəbsiz mahnılar ifa edib ki, bu da ənənəvi rus mənəvi-əxlaqi dəyərlərinin qorunması və möhkəmləndirilməsi üzrə dövlət siyasətinin əsas prinsiplərinə birbaşa ziddir”.

Xatırladaq ki, Lolita ötən il bloqqer Nastya İvleyevanın qalmaqallı "çılpaq” məclisində iştirak etdikdən sonra Rusiyanın müxtəlif şəhərlərində verdiyi yubiley konsertlərinin kütləvi şəkildə ləğvi ilə üzləşmiş, lakin yazda televiziyaya qaytarılmışdı.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->