Xəbər lenti

Həbib Nurməhəmmədovun bahalı avtomobilləri əlindən alındı
İdman 15:53 06.08.2024

Həbib Nurməhəmmədovun bahalı avtomobilləri əlindən alındı

Məhkəmə icraçıları qarışıq döyüş növləri üzrə döyüşçü Həbib Nurməhəmmədovun əmlakını müsadirə ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

"Ehtimal ki, siyahıya Dağıstanda ailə evi və güclü avtomobil parkı daxildir. Hansı ki, "Ferrari California T", "Mercedes-Benz AMG GT S", "Mercedes-Benz S-Class", "BMW 7 Series", "Toyota Land Cruiser", "Toyota Tacoma" daxildir", - deyə qeyd edilib.

İyulun 1-də Federal Vergi Xidməti Mütləq Döyüş Çempionatının keçmiş çempionunun hesablarına həbs qoyub. "Mash" kanalı bildirib ki, buna səbəb idmançının 297 milyon rubl məbləğində borcu olub. Bundan əvvəl vergi məmurları Nurməhəmmədovun bir neçə şirkətini rəsmi sənədlərdəki yalan məlumatlara görə bağlamışdılar.

Həbib Nurməhəmmədov son döyüşünü 2020-ci ilin payızında amerikalı Kastin Qetjiyə məğlub edərək keçirib. Döyüşdən dərhal sonra o, anasına atasız döyüşməyəcəyinə söz verdiyini izah edərək, peşəkar karyerasını tərk etdiyini açıqlayıb. Nurməhəmmədov karyerasını bitirdikdən sonra "Eagle FC" promosyonunu təsis edib.

İdmançı qarışıq döyüş növləri (MMA) üzrə 29 döyüş keçirib və onların hər birində qalib gəlib. 2021-ci ildə İctimai Rəy Fondunun sorğusu nəticəsində Həbib idmanda "İlin adamı" seçilib. 22 oktyabr 2023-cü ildə Nurməhəmmədov döyüşlə bağlı hər şeyi tərk etdiyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->