"Bütün ali məktəbləri bitirən, həmçinin həm bakalavr, həm də subbakalavr məzunlarından ciddi imtahan götürülməsinin tərəfdarıyam. Hansı adla olur-olsun, imtahan mütləq olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq millət vəkili, təhsil eksperti Şahlar Əsgərov bu il bakalavr, subbakalavr ali məktəb məzunlarına dövlət imtahanının salınması ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirərkən deyib.
Ekspert məzunlar üçün imtahanın çox vacib prosedur olduğunu vurğulayıb:
"Mənim bu proseslərə münasibətim, baxışlarım fərqlidir. Güman edirəm ki, həm bakalavr, həm də subbakalavr səviyyəsində girişdə deyil, çıxışda imtahan olmalıdır. Bu nədir? Bütün orta məktəbi bitirən gənclərə imkan verməliyik ki, onlar ali məktəblərə qəbul oluna bilsinlər. Ona görə ali məktəblər giriş qapılarını geniş açmalıdır. Amma ali məktəbi bitirən məzunlar cəmiyyətə mütəxəssis olaraq qatılır. Dövlətin adından ali məktəb hər bir məzununa diplom verir”.
Sabiq millət vəkili bildirib ki, dövlətin verdiyi diplomun arxasında bilik dayanır:
"Buna görə də həm bakalavr, həm də subbakalavr bitirən hər bir məzun imtahan verməlidir”.
Bahar Rüstəmli
Şərhlər