Dünya Bankının tədqiqatçıları iqlim dəyişikliyi səbəbindən potensial ölümcül daşqınlara ən çox həssas olan 20 ölkənin siyahısını təqdim ediblər.
Qaynarinfo xəbər verir ki, ən yüksək riskli ölkə kimi Niderland, ikinci yerdə Vyetnam, Laos, Banqladeş və Fici
gəlir.
İlk 20-liyə Yaponiya, Çin, İsveçrə, Xorvatiya, Avstriya, Misir və Koreya da daxildir.
Elm adamları daşqın riskinə baxmayaraq, təhlükəli ərazilərdə yaşayış məskənlərinin böyüməsini davam etdirməsindən həyəcan təbili çalırlar. Bu, yaxın gələcəkdə insanların həyatı üçün ciddi nəticələrə səbəb ola bilər.
Araşdırma nəticəsində məlum olub ki, Butan, Misir və Banqladeş kimi çay vadiləri və hövzələri boyunca cəmləşmiş yaşayış məntəqələri olan ölkələr, eləcə də Fici və Vyetnam kimi sahilyanı ərazilər xüsusilə daşqın riski altındadır.
Müəlliflər qeyd edirlər ki, 1985-ci ildən bəri dünyada yaşayış məskənləri, o cümlədən kəndlər və meqapolislər sürətlə genişlənərək "qida zonaları”na çevrilib. Təhlükəli ərazilərdə yaşayış məntəqələri aktiv şəkildə inkişaf etdikcə daşqın riski artır.
Qlobal istiləşmə, buzların əriməsinə və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olan CO2 və metan kimi istixana qazlarının buraxılmasından qaynaqlanır. Bu, daşqınların tezliyinin və həmçinin yağışların artmasına, sahilyanı əraziləri təhdid etməyə təsir edir.
Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən daşqınlar kimi ekstremal təbii fəlakətlərin baş vermə ehtimalının artacağı barədə xəbərdarlıq edirlər. Əhalini və evləri uyğunlaşdırmaq və bu təhlükələrdən qorumaq üçün strategiyaların hazırlanması vacibdir.
Nizami Bağırov
Şərhlər