Xəbər lenti

FİFA qaydalarına zidd: Braziliya millisinin qapıçısı qadağan olunmuş nömrə ilə oynadı (FOTO)
İdman 16:01 10.06.2024

FİFA qaydalarına zidd: Braziliya millisinin qapıçısı qadağan olunmuş nömrə ilə oynadı (FOTO)

"Liverpul"un və Braziliya millisinin qapıçısı Alison Bekker Meksika ilə yoldaşlıq oyununda orijinal nömrə altında çıxış edib.
 
Qaynarinfo AS-a istinadən xəbər verir ki, FİFA qaydaları oyunçuların 1-dən 99-a qədər rəqəmləri götürə biləcəyini bildirir, lakin Alison meydana 110 rəqəmi ilə daxil olub.

FİFA Braziliya millisinin 110 illiyi şərəfinə qapıçıya qeyri-adi rəqəmdən istifadə etməyə icazə verib. Alison  komandanın kapitanı kimi Braziliya millisini meydana  çıxarıb. Qarşılaşma Braziliyanın 3:2 hesablı qələbəsi ilə  başa çatıb. 

Nizami Bağırov
 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->