Xəbər lenti

Ermənilərin Araz çayını çirkləndirməsini sübut edən VİDEO
Ölkə 09:56 21.06.2023

Ermənilərin Araz çayını çirkləndirməsini sübut edən VİDEO

Güney Azərbaycandan olan soydaşımız İran-Ermənistan sərhədinə gedərək ermənilərin Araz çayına axıtdığı çirkab suyu video lentə alıb. 

Qaynarinfo "MOUZE" "Telegram" kanalına istinadən xəbər verir ki, videodan da görünür ki, Ermənistandan Araza axıdılan su çox təhlükəlidir. 

Soydaşımız deyir ki, bunun nəticəsində Araz çayındakı balıqlar ölür, azərbaycanlıların əkin sahələri məhv olur: 

"Dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Nə qədər etiraz etmişik. Bizi eşidən yoxdur. Ağayi məsula səslənirəm. Rahat oturduğun yerindən qalx, gəl burdakı vəziyyəti gözlərinlə gör. Ermənilərə etirazını bildir".

Qeyd edək ki, molla rejimi isə utanmadan qardaşlarına etiraz etməmək üçün ermənilərin Arazı çirkləndirmədiyini bəyan edir. 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->