Xəbər lenti

Əliyar Ağayev Avroliqanın pley-off matçında
İdman 14:24 15.08.2024

Əliyar Ağayev Avroliqanın pley-off matçında

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Qaynarinfo xəbər verir ki, referi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək RFŞ (Latviya) – APOEL (Kipr) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

RFŞ – APOEL görüşü avqustun 22-də Riqa şəhərində yerləşən "LNK Sporta Parks” stadionunda keçiriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->