Xəbər lenti

El Nino geri çəkilir, La Nina başlayır: Hava qeyri-adi dərəcədə sərin ola bilər
Dünya 15:45 10.02.2024

El Nino geri çəkilir, La Nina başlayır: Hava qeyri-adi dərəcədə sərin ola bilər

2024-cü ilin ikinci yarısı Sakit Okeanın istiləşməsinə səbəb olan qlobal iqlim fenomeni El Ninonun geri çəkilməsinə qeyri-adi dərəcədə sərin ola bilər. 

Qaynarinfo xəbər verir ki, "Reuters" bu barədə ABŞ Milli Hava Xidmətinin İqlim Proqnozlaşdırma Mərkəzinin məlumatlarına istinadən yazıb.

Qyd edilir ki, El Nino əks La Nina mərhələsi ilə əvəz olunur. Sinoptiklərin fikrincə, hazırkı El Nino bu ilin aprel-iyul aylarında zəifləyəcək. Belə bir ssenarinin baş vermə ehtimalı 55% təşkil edir.

"Yaz mövsümü üçün verilən proqnozlar ümumiyyətlə daha az etibarlı olsa da, La Nina üçün güclü El Nino hadisəsini izləməklə bağlı tarixi bir tendensiya var", deyə İqlim Proqnozu Mərkəzindən bildirilib.

El Nino fenomeni Sakit Okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi ilə bağlıdır. İqlimə əhəmiyyətli təsir göstərir: yağıntılar, atmosfer təzyiqi və digər amillər. Keçən il bu fenomen dekabrda pik həddə çatıb, lakin onun təsiri bir neçə ay ərzində qlobal iqlimə təsir göstərə bilər.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->