Xəbər lenti

Ekspertdən xəbərdatlıq:
Ölkə 16:29 02.10.2024

Ekspertdən xəbərdatlıq: "Aldığınız qızıl-brilliantın çoxu saxtadır"

"Bu gün adamların üstündə brilliant adı altında fəxrlə gəzdirdiyi bahalı daş-qaşın əksəriyyəti saxtadır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib.

Əkrəm Həsənov qadınlara qızıl alarkən qaşlı məlumatlardan uzaq durmalarını tövsiyyə edib:

"Qızılın qiməti daima artır. Bugünkü qızılın qiyməti isə olduqca bahadır. Dünyada gedən geosiyasi, geoiqtisadi proseslər qızıl bazarına da təsir edir. Çünki faktiki olaraq qızıl dünyada ən qiymətli və etibarlı aktivdir. Bu baxımdan da qızıla olan təlabat daima artır. İnsanlara tövsiyyə etmək lazımdır. Biz  deyəndə ki, qızıl ən yaxşı aktivdir, bəzi insanlar qaçır sep, sırğa alır. Burada söhbət xammal kimi istifadədə olan qızıl külçələrdən gedir".
 


Əkrəm Həsənov hazır mağazalarda qızıl məlumatlarının qat-qat baha qiymətə satıldığını qeyd edib:

"Qızılı alandan sonra isə heç vaxt həmin qiymətə sata bilməzsiniz. Çünki qiymət dərhal düşür. Əgər kimsə aktivini qızıla qoymaq istəyirsə qızılın özünü almalıdır. Qızıl xammalının qiyməti tez-tez qalxır. Saxta qızıllar bazarda hər zaman olub və olacaqda. Hazırda qızıl alarkən onu yoxlamaq olur".

Əkrəm Həsənov deyib ki, əgər kiməsə saxta qızıl satılıbsa bunu yolu məhkəmədən keçir: 

"Belə şəxslər məsuliyyətə cəlb edilməlidir. Qızıl alarkən mütləq çəkilişini etmək lazımdır. Bundan əlavə qızıl alarkən çek də vermirlər. Bu yaxınlarda tanıdığım bir adam qızıl almaq istəyib, ona fotosunu çəkməyə icazə verməyiblər. İnsanların başını aldadırlar. Artıq bunun özü şübhəlidir. Qızıl bazarında ən çətin qaşlardır, onlar yoxlanılmalıdır. Qaşların çoxu saxtadır". 

Vəkil Azərbaycanda bu sahədə normal ekspertin olmadığını vurğulayıb:

"Tövsiyyə edirəm ki, adamlar qızıl alarkən bahalı qaşlı məhsullar almasınlar". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->