Xəbər lenti

Dünyanın ən yaşamalı şəhəri seçildi - 12-ci yerdən 1-ə
Dünya 14:54 23.06.2022

Dünyanın ən yaşamalı şəhəri seçildi - 12-ci yerdən 1-ə

Avstriyanın paytaxtı Vyana yenidən dünyanın ən yaşamalı şəhəri seçilib.

Qaynarinfo "The Guardian” saytına istinadla xəbər verir ki, bu barədə Economist-in illik hesabatında deyilir.

Vyana 1-ciliyi koronavirus pandemiyası məhdudiyyətlərinə görə 34-cü yerə enən Yeni Zelandiyanın Oklend şəhərindən geri alıb.

"2021-ci ilin əvvəlində muzeyləri və restoranları bağlandığı üçün reytinqimizdə 12-ci yerə enən Vyana o vaxtdan 2018 və 2019-cu illərdə tutduğu mövqeyə yenidən yüksəlib", - hesabatda deyilir.

"Şəhərin sakinlər üçün əsas cazibədarlığı sabitlik və yaxşı infrastruktur, yaxşı səhiyyə, mədəniyyət və əyləncə üçün çoxlu imkanlarla dəstəklənir".

Dünyanın ən yaşamalı şəhərləri sıralamasında ilk 10 şəhərdən altısı Avropa şəhərləridir.

Avstriyanın paytaxtı Vyanadan sonra Danimarkanın paytaxtı Kopenhagen və İsveçrənin Sürix şəhəri gəlir. İsveçrənin Cenevrə şəhəri altıncı, Almaniya Frankfurtu yeddinci, Hollandiyanın Amsterdam şəhəri doqquzuncu olub.

Nurlan Hüseynov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->