"Dövlət süni mayalanma prosesinə müdaxilə etməlidir. Bilmirik ki, qadınlarımıza kimin hüceyrələri qoyulur".
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib.
Ekspert bu prosesdə nəzarət mexanizminin olmadığını bildirib:
"Bu gün hər şeydən danışırlar, amma bu vacib problemi qabardan yoxdur. Bir neçə aydır ki, bu problemin içindəyəm. Bu qadınların uşaqları bilinmir ki, kimdən doğulur, donorlar kimdir? Bu boyda problemə nəzarət yoxdur".
Əkrəm Həsənov vurğulayıb ki, süni mayalanmada donor qadının əri olmalıdır:
"Başqasından olmaz. Başqa kişinin donor olması qadağan edilməliidr".
Bahar Rüstəmli
Şərhlər