Xəbər lenti

Disneyin qadın işçilərinə 150 ​​milyon dollardan çox borcu var (İDDİA)
Dünya 15:16 02.07.2023

Disneyin qadın işçilərinə 150 ​​milyon dollardan çox borcu var (İDDİA)

Kaliforniya Universitetinin əmək iqtisadçısı David Neumark Disneyin iş şəraiti ilə bağlı araşdırma aparıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

İqtisadçının araşdırmasına görə, şirkətdə qadınlar kişilərdən orta hesabla 2% az maaş alırlar. O, bildirib ki, 2015-ci ildən bəri işçilərə az ödəniş etdiyinə görə Disneyin qadınlara 150 milyon dollardan çox borcu var.

Neumarkın məhkəməyə təqdim etdiyi hesabatda deyilir ki, onun kişi və qadın maaşlarını müqayisə edərkən iş səviyyələri, vəzifə müddəti və maaşa təsir edə biləcək digər amillər nəzərə alınıb. İqtisadçı buna əsaslanaraq az ödənişi gender ayrı-seçkiliyinin nəticəsi hesab edib.

"İşçilər işlərini sevirlər. Onlar Disneyin istehsal etdiyi məzmunu sevirlər və sadəcə maaşlarının ədalətli şəkildə ödənilməsini istəyirlər", deyə vəkil Laurie Andrus bildirib.

2019-cu ildə Disneydə işçilərə maaşların az ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırılmışdı. Qadınlar kişilərlə eyni vəzifələrdə işləsələr də, daha az maaş aldıqlarını iddia edirdilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->