"Çörəyin qiyməti xeyli ucuzlaşa bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.
Ekspert Azərbaycanda un və buğda idxalı, çörəyin bişirilməsi və sairənin bir-birinə bağlı seqment olduğunu bildirib:
"Ona görə də çörəyin qiymətinin aşağı düşməsi üçün zəmin var. Amma buna gediləcəkmi? Yox. Ona görə ki, bazarın bu seqmentində rəqabət yoxdur".
Ekspert hesab edir ki, çörəyin qiymətinin aşağı enməsi ancaq hökumətin təzyiqi ilə reallaşa bilər:
"Məsələ burasındadaır ki, son olaraq yanacağın qiymətinin bahalaşmasından sonra çörəyin qiymətində artımlar müşahidə olunur. Çörəyin daşınmasında yanacaqdan istifadə olunur, çörək məhsulları avtomobillərlə daşınır. Anbarlara un və buğdanın daşınması da yanacaqla icra edilir. Çörəyin, unun qiymətinin maya dəyərində müəyyən qədər bahalaşma var. Amma bu cüzi bir artımdır. Hazırda zavod çörəyinin maya dəyəri təxminən 20 qəpik ətrafındadır. Səhv etmirəmsə 45 qəpiyə də satılır. Bu qiymət maya dəyərindən iki dəfə bahadır. Bu belə olmamalıdır. Çörək 30 qəpiyə satıla bilər".
Ekspert əlavə edib ki, bazar inhisarda olduğundan bu qiymət reallaşmır.
Bahar Rüstəmli
Şərhlər