"Belə bir mexanizmə ehtiyac var”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli büdcə vəsaitinin dövlət istiqrazlarına yönəldilməsinin qarşısının alınması üçün təkliflərdən danışarkən deyib.
Natiq Cəfərli bildirib ki, edilən təkliflər açıqlanmayana qədər məsələ ilə bağlı detallı danışmaq qeyri-mümkündür:
"Maraqlı məsələdir, detallara baxmaq lazımdır. Yəni necə təkliflər olacaq? Dövlət istiqrazı o deməkdir ki, dövlət daxili borc istəyəndə istiqraz buraxır, onun əvəzində illik faiz verir. Həmin istiqrazların hesabına yığdığı vəsaitləri büdcənin kəsirini maliyyələşdirir. Məntiqlə belə bir təkliflə çıxış edilməlidir ki, dövlət büdcəsindən dövlət şirkətlərinə ayrılan vəsait müxtəlif yollarla istiqrazlarına getməsin. Belə çıxır ki, dövlət büdcəsi hesabına dövlət büdcəsinin kəsirini maliyyələşdirir. Bu, doğru olmaz”.
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, istiqrazlar dövlətin vəsait əldə etməsi üçün buraxılır:
"Dövlətə pul vəsaiti lazımdır. Vətəndaş üçün istiqraz buraxırlar ki, həmin istiqrazları alsınlar. Bəzən bunların ayrı adları da olur. Dövlət həmin vəsaiti alıb öz ehtiyacları üçün istifadə edir. İstifadə edəndə sonra müəyyən müddət keçir, həmin istiqrazları hesabına alınmış vəsaitlər müxtəlif formada vətəndaşlara qaytarılır. Dövlət büdcəsinin istiqrazlara yönəldilməsi niyə yolverilməzdir? Adətən, büdcəni doldurmaq üçün istiqraz buraxır. Təkrar büdcədən istiqrazlar üçün vəsaitin yönəldilməsi qəbuledilməzdir”.
Akif Nəsirli Azərbaycanda bu cür halların olduğunu bildirib:
"Həmin halların qarşısının alınması Azərbaycan büdcə sisteminin daha optimal, daha səmərəli işləməsi üçün bir amildir. Büdcəni doldurmaq üçün təkrar istiqrazlara vəsait ayırırıq. Həmin istiqrazlardan vəsait gəlir. Bu mənasız bir şeydir. Ona görə də istəlinən büdcədən dövlət istiqrazlarının maliyyələşməsinə yönələn vəsaitlərin qarşısı mümkün qədər alınır. Azərbaycanda bu təklifin verilməsi səmərəli hesab edilə bilər”.
Qeyd edək ki, büdcə vəsaitinin dövlət istiqrazlarına yönəldilməsinin qarşısının alınması üçün təkliflər hazırlanır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycanda büdcə vəsaitinin dövlət qiymətli kağızlarına yönəldilməsinin qarşısının alınması ilə bağlı müvafiq iş aparılır.
Bahar Rüstəmli
Şərhlər