Xəbər lenti

BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olundu
Ölkə 15:48 22.06.2022

BQXK-nın Azərbaycan Nümayəndəliyinə yeni rəhbər təyin olundu

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə xanım Draqana Kojiç təyinat alıb.

Qeyd olunub ki, o, bu postda səlahiyyətləri başa çatmaqda olan Arian Baueri əvəzləyib.

BQXK-nın Azərbaycan Nümayəndəliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, D.Kojiç hazırda qurumun Pakistandakı Nümayəndəliyinin rəhbəridir. O, avqustun 1-dən Azərbaycanda rəsmi şəkildə vəzifəsinin icrasına başlayacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->