Xəbər lenti

BBC: Xilasedicilər sualtı
Dünya 22:40 22.06.2023

BBC: Xilasedicilər sualtı "Titan"ın qalıqlarını tapıblar

Xilasedicilər tərəfindən tapılan "Titanik"in qəzaya uğradığı ərazinin yaxınlığındakı qalıqlar bir neçə gün əvvəl yoxa çıxan "Titan" batiskafına aiddir. 

Qaynarinfo xəbər verir ki, bu barədə BBC-yə dalğıc mütəxəssisi Devid Merns deyib və məlumatı xilasedicilərdən aldığı iddia edilən Tədqiqatçılar Klubunun prezidentinə istinadən bildirib.

Tədqiqatçılar Klubunun prezidenti "WhatsApp"da dalğıc icmasının qrup söhbətində "Bu, sualtı gəminin eniş çərçivəsi və arxa paneli idi" deyib. 

Korpusun qalan hissəsi hələ tapılmayıb, bu isə o deməkdir ki,   "Titan" dalış zamanı partlayıb.

Bu gün səhər saatlarında ABŞ Sahil Mühafizəsi bildirib ki, "Titan”ın axtarışı üzrə xilasetmə əməliyyatı zamanı bəzi qalıqlar aşkar edilib. Mesajda qeyd edildiyi kimi, bu fraqmentlərin itmiş sualtı "Titan”a aid olub-olmaması hələlik aydın deyil. Qalıqların özü "Titanik" yaxınlığında okean dibində" aşkar edilib.

Sahil Mühafizəsinin nümayəndələri qalıqların tapılması ilə bağlı xüsusi brifinq keçirəcəklər.

İyunun 19-u bazar ertəsi, göyərtəsində beş nəfərin olduğu sualtı maşının "Titanik"in dağıntılarına gedən yolda yoxa çıxması faktı məlum olub. Batiskafın göyərtəsində britaniyalı milyarder Həmiş Hardinq, OceanGate-in yaradıcısı Stokton Raş, fransalı peşəkar akvanavt Pol-Henri Narqolet, həmçinin Pakistan əsilli britaniyalı iş adamı Şahzadə Davud və onun oğlu Süleyman var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->