Xəbər lenti

Bakıda bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq (FOTO)
Ekonomiks 11:28 22.04.2023

Bakıda bu yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq (FOTO)

Bakıda daha bir neçə yol "Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton baryerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->