"Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatından sonra bölgədə yeni reallıqlar yaratmaqla elə daşları tərpətdib ki, bunu bizə bağışlamaq istəmirlər. Bu reallıqları bağışlamayan ölkələr davamlı olaraq Azərbaycana qarşı təzyiq xarakterli hücumlar etməkdədir və biz bundan sonra da bunun şahidi olacağıq”.
Bunu Qaynayinfo-ya açıqlamasında siyasi şərhçi Mürtəza Bünyadlı deyib.
Şərhçi bildirib ki, Fransa başda olmaqla bir sıra Avropa ölkəsi hər fürsətdə Azərbaycana hücum edirlər:
”Bunun də səbəbi aydınır. Səbəb odur ki, həmin güclər heç də bölgədə sülhün əldə edilməsində yox, münaqişənin davam etməsində maraqlı idilər. Onlar hər vasitə ilə Azərbaycana təzyiq edərək güzəştə getməyə sövq edirdi. Azərbaycanı buna sövq edə bilmədikdə həmin güclər bölgədə münaqişənin davam etdirilməsi ilə "bulanıq suda balıq tutmaq” prinsipinə əsaslanaraq maraqlaırnı təmin etməyə çalışırdı”.
M.Bünyadlı qeyd edib ki, Bakı diplomatik müstəvidə Parisin maraqlarını alt-üst etdi:
”Buna görə də Fransa erməni lobbisi və anti-Azərbaycan qüvvələrin dəstəyi ilə ölkəmizə qarşı bu kampaniyanı həyata keçirir. Fransanın əsas məqsədi isə bölgədə müstəmləkəçilik siyasətini davam etdirməkdir. Bu məqsədlə də Fransa bölgədə gərginliyin dərinləşməsi, sülhün əldə olunaması üçün Ermənistanı silahlandırmaqla yanaşı, Avropa ölkələri və Avropa strukturlarına təzyiq vasitəsi ilə Azərbaycana qarşı təhdidləri davam etdirməkdir”.
Təhlilçi hesab edir ki, Azərbaycanın adekvat siyasəti nəticəsində bölgədə gərginliyi dərinləşdirmək siyasəti qarşısında aciz qalan Fransa hər fürsətdə ölkəmizə qarşı yeni hücumlar təşkil edir:
”Azərbaycana qarşı düşmənçilik siyasəti bəzi Avropa ölkələrinin həyat tərzinə çevrilsə də, nəticəsi olmayacaq. Bu düşməçilik siyasəti həm də Azərbaycanın COP29 kimi qlobal iqlim dəyişikliyi ilə bağlı üzərinə götürdüyü missiyanın əhəmiyyətini gözdən salmaqdır. Amma hesab edirəm ki, nə Fransa, nə də digər ölkələr bu niyyətlərinə nail ola bilməyəcəklər. Çünki zamanında digər qüvvələr də mili maraqlara və milli təhlükəsizliyimizin təmin olunmasına xidmət edən layihələrin reallaşmasına mane olmağa çalışdılar. Amma buna nail ola bilmədilər”.
Həmsöhbətimiz vurğulayıb ki, yeni reallıqları Azərbaycana bağışlaya bilmirlər:
”Onlar eyni zamanda görürlər ki, Azərbaycan qlobal çağırışlara uyğun yürütdüyü çevik siyasət nəticəsində Avropada ciddi aktora çevrilməsi qarşısıalınmaz prosesə çevrilir. Fransa və onun ətrafında birləşən ölkələr də hər vasitə ilə Azərbaycanın bu rolunu azaltmağa çalışırlar. Amma bu da mümkün olmayacaq. Azərbaycan COP29-u uğrula keçirib qarşıdakı dövrdə həyata keçircəyi layihələrlə Avropada mövqelərini daha da möhkəmləndirməli olacaq. Artıq bu istiqamətdə ciddi layihələr həyata keçirilir”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bildirib ki, İkinci Qarabağ müharibəsindən və xüsusilə keçən ilin antiterror əməliyyatından sonra bəzi Avropa ölkələri Bakıya qarşı əsassız və vicdansız hücumlara başlayıb.
"Azərbaycanı ləkələmək, bizim işimizə kölgə salmaq, ağa qara, qaraya ağ demək, işğalçını dəstəkləmək, işğala məruz qalanları isə ləkələmək Avropa İttifaqının bəzi üzv ölkələri üçün həyat tərzinə çevrilib. Bunun təməlində heç də beynəlxalq hüququn normaları deyil, şəxsi xəstə ambisiyalar dayanır. Əfsuslar olsun ki, Avropada xüsusi yerə malik olmaq üçün can atan bəzi ölkələr anti-Azərbaycan qruplaşmanı da yarada bilmişlər. Avropa İttifaqına üzv olan ən azı üç ölkə bu gün Azərbaycana qarşı soyuq müharibə elan edib. Onların adları bəllidir", - Prezident qeyd edib.
Siyasət şöbəsi
Şərhlər