Xəbər lenti

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda
İdman 10:48 05.08.2024

Azərbaycan millisinin futbolçusu Türkiyə klubunda

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirməyə çox yaxındır.

Bu barədə yerli jurnalist Reşat Can Özbudak şəxsi "X" hesabında paylaşım edib.

O, 1-ci Liqada çıxış edən "Ankaragücü"nün 25 yaşlı hücumçunun keçidini yekunlaşdırmaq üzrə olduğunu yazıb. Bundan əlavə, tərəflərin anlaşdığı da diqqətə çatdırılıb.

Qeyd edək ki, müqavilə ilə İsveçrənin "Qrasshopper" klubuna məxsus olan Renat Dadaşov ötən mövsüm icarə əsasında Türkiyədə "Hatayspor"un formasını geyinib. Onun İsveçrə təmsilçisi ilə hazırkı sözləşməsi 2025-ci ilin yayında başa çatacaq.//report.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->