Xəbər lenti

Argentina məhkəməsi Venesuela prezidentini axtarışa verdi
Dünya 14:32 24.09.2024

Argentina məhkəməsi Venesuela prezidentini axtarışa verdi

Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronu insan haqlarını pozduğuna görə beynəlxalq axtarışa vermək qərarına gəlib. Xüsusilə, istintaq sübut edib ki, Venesuelada "repressiya sistemi” - işgəncələr, qətllər və dinc əhaliyə qarşı təqiblər mövcuddur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Kommersant” yazıb.

"Demokratiyanın müdafiəsi Argentina forumu” qeyri-hökumət təşkilatı Argentina məhkəməsinə şikayət edib. Onlar Venesuela prezidentini insanlığa qarşı cinayətlərdə ittiham edib. İstintaq hesab edir ki, ölkədə "işgəncə sistemi” 2014-cü ildən Nikolas Maduro hökuməti tərəfindən təşkil olunub. Sistemin sərtləşdirilməsi bu il iyulun 29-da, Maduro prezident seçkilərində qalib gəldikdən sonra baş verib.

Xatırladaq ki, Argentina Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili ilə birlikdə 2018-ci ildə BCM-dən Venesuelada insanlığa qarşı mümkün cinayətləri araşdırmağı xahiş edib. Sorğu ölkədə baş verən etiraz dalğasından sonra göndərilib. 

2024-cü il iyulun sonunda Venesuelada prezident seçkiləri keçirilib. Rəsmi rəqəmlərə görə, hazırkı dövlət başçısı Nikolas Maduro 51,2%, müxalifət namizədi Edmundo Qonzales 44% səs toplayıb. Müxalifət rəsmi nəticələrlə razılaşmayıb. ABŞ, Avropa İttifaqı və bir Latın Amerikası seçkilərinin nəticələrini və Maduronu legitim prezident kimi tanımaqdan imtina edib. Ölkə boyu kütləvi etiraz aksiyaları keçirilib. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->