Xəbər lenti

Amerika Kubokunun finalından sonra dava - Federasiya rəhbəri həbs edildi
Dünya 22:33 16.07.2024

Amerika Kubokunun finalından sonra dava - Federasiya rəhbəri həbs edildi

ABŞ polisi Kolumbiya futbol federasiyasının rəhbəri Ramon Xesurun və oğlunu Mayamidə Amerika Kubokunun Kolumbiya ilə Argentina arasındakı final matçından sonra başlayan dava səbəbiylə həbs edib.

Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Argentina yığması əlavə vaxtda kolumbiyalıları 1:0 hesabı ilə məğlub edərək Amerika Kubokunun qalibi olub.

Ehtimal olunur ki, Ramon, oğlu və digər ailə üzvləri mükafatlandırma mərasimində iştirak etmək üçün futbol meydançasına girməyə çalışıblar.

Polis 71 yaşlı Ramon Xesurun və 43 yaşlı Ramon Xamilin rəsmiyə hücum etdiyi üçün saxlanıldığını bildirib.

Polisin sözlərinə görə, hadisə final fitindən dərhal sonra, federasiya rəhbəri və oğlu "futbol sahəsinə giriş istiqamətində getdikləri" zaman baş verib, lakin rəhbərlərindən insanları müvəqqəti buraxmamaq barədə göstəriş alan mühafizəçilərdən birinə "əsəbiləşməyə və qışqırmağa başlayıblar".

Polis bildirir ki, mühafizəçi onu geri qaytarmaq üçün "açıq əlini Ramonun oğlunun sinəsinə qoyub”. Daha sonra federasiya rəhbəri işçini itələməyə başlayıb, oğlu isə onun boynundan tutub yerə yıxıb və başına vurmağa başlayıb”, - deyə məlumatda bildirilir.

Ramonun oğlu vəziyyətə müdaxilə etməyə çalışan qadın mühafizəçini də tutaraq itələyib.

Kolumbiya Futbol Federasiyası hələ ki, vəziyyəti şərh etməyib. Ramon və oğlu da şərh verməyib. 

Qeyd edək ki, Argentina və Kolumbiya arasında keçirilən final matçının startı Mayamidəki stadiona bir qrup biletsiz azarkeş daxil olduqdan sonra 80 dəqiqə gecikib.

Bir neçə nəfər həbs edilib, təhlükəsizlik işçiləri ilə toqquşmalar başlayıb, bəzilərinin tibbi yardıma ehtiyacı olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->