Xəbər lenti

Alim Qasımov arzularını dilə gətirdi:
Sənət 15:04 15.08.2024

Alim Qasımov arzularını dilə gətirdi: "Tək istəyim odur ki…"

Xalq artisti Alim Qasımov özünə ad günü keçirib. 

Bu barədə Qaynarinfo-ya açıqlama verən xanəndə gecənin fərqli keçdiyini bildirib. Muğam ifaçısı bu ad günündə aşıq mahnılarına üstünlük verdiyini deyib: 

"Şamaxıdayıq. Ad günümü burada keçirdik. Ancaq ailə üzvlərim idi, yığışdıq bir araya, dedik-güldük, sonda da oxudum. Amma bu dəfə ifamda dəyişiklik etdim, saza, aşıq mahnılarına üstünlük verdik".
 
Alim Qasımov arzularını da açıqlayıb:

"Xalqımıza, ölkəmizə əmin-amanlıq, firəvan bir həyat arzu edirəm. Tək istəyim odur ki, Allah hamını qorusun, mən də onların arasında, sadə bir vətəndaş kimi yaşamaq istəyirəm".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->