Xəbər lenti

ABŞ NATO-nun yeni baş katibindən gözləntilərini açıqladı
Dünya 10:37 27.06.2024

ABŞ NATO-nun yeni baş katibindən gözləntilərini açıqladı

Birləşmiş Ştatlar Niderlandın baş naziri Mark Ruttenin NATO-nun baş katibi vəzifəsinə təyin edilməsi qərarını alqışlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı prezidenti Co Bayden və Rutte "Ukraynaya ümumi güclü dəstəyimiz, qabaqcıl texnologiyaların qorunması və transatlantik alyansın gücləndirilməsi də daxil olmaqla” müxtəlif məsələlərdə əməkdaşlıq edirlər.

"Prezident Bayden qəti şəkildə Mark Ruttenin böyük baş katib olacağına inanır və onun bu rolda xidmət etmək istəyinə görə minnətdardır", - Kirbi deyib.

Ağ Ev, həmçinin "İkinci Dünya Müharibəsindən sonra Avropanın təhlükəsizliyi üçün ən vacib dövrdə” Alyansa 10 il rəhbərlik edən NATO-nun hazırkı Baş katibi Yens Stoltenberqə təşəkkür edib.

Xatırladaq ki, iyunun 26-da Şimali Atlantika Şurası Ruttenin NATO-nun növbəti baş katibi təyin edilməsi barədə qərar qəbul edib.

Rutte səlahiyyətlərinin icrasına oktyabrın 1-də hazırkı baş katib Stoltenberqin mandatı başa çatdıqdan sonra başlayacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->