Xəbər lenti

62 yaşlı Tom Kruz 25 yaşlı müğənni ilə sevgilidir (FOTO)
Maqazin 22:15 05.08.2024

62 yaşlı Tom Kruz 25 yaşlı müğənni ilə sevgilidir (FOTO)

Məşhur amerikalı aktyor Tom Kruzun yeni sevgilisinin kimliyi açıqlanıb.

Qaynarinfo "PageSix"ə istinadən xəbər verir ki, 62 yaşlı aktyorun sevgilisi 25 yaşlı müğənni və "Coldplay" qrupunun solisti Kris Martinin protejesi Viktoria Kanneldir. Mənbələr bildiriblər ki, cütlük ilk dəfə İngiltərədəki Qlastonberi musiqi festivalında tanış olublar.

Bundan dərhal sonra onların arasında münasibətlər sürətlə inkişaf etməyə başlayıb. Və bu yaxınlarda Kruz hətta Viktoriyanı "Missiya: Mümkünsüz 8" filminin çəkilişlərinə dəvət edib.

Sevgililər Londonda "Tornadolar” filminin qala gecəsində də bir yerdə görüntüləniblər. Tədbirə helikopterlə gələn cütlük daha sonra şəhəri gəzib.

"Qlastonberidə kulisdə görüşdük və ikimizin də gedəcəyimiz premyera haqqında danışdıq. o, "Mənimlə gəl!” dedi”, deyə Kannel "Instagram"da qeyd edib.

Aktyor və müğənni sonuncu dəfə "Uembli" stadionunda Brüs Sprinqstinin konsertində birlikdə görüntülənib və birlikdə rəqs ediblər.

Yeri gəlmişkən, Viktoriya İspaniyadandır. O, sağ qolu olmadan doğulub. Qız 2022-ci ildə ilk mini albomunun təqdimatından sonra məşhurlaşıb. "Swan Song" hit mahnısı "Coldplay" qrupunun solisti Martini heyran edib. O, bəstəni "indiyə qədər yazılmış ən yaxşı mahnılardan biri" adlandırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->