Xəbər lenti

165 sm boyu olan arvadının 2 metrlik heykəlini düzəltdirdi (FOTO)
Dünya 21:52 14.08.2024

165 sm boyu olan arvadının 2 metrlik heykəlini düzəltdirdi (FOTO)

"Facebook"un qurucusu ("Meta" korporasiyasına daxildir) Mark Zukerberq maraqlı addım atıb.

Qaynarinfo xəbər verir ki, dünyanın ən varlı ikinci adamı (188 milyard dollar) həyat yoldaşı Prisçilla Çana hədiyyə olaraq onun nəhəng heykəlini düzəltdirib. Çanın özünün boyu 165 sm-dir, heykəl isə 2 metrdən yüksəkdir.

"Romalıların arvadınızın heykəllərinin ucaldılması ənənəsini geri qaytarın", deyə Zukerberq yazıb.

O, amerikalı rəssam və heykəltəraş Daniel Arşama işinə görə təşəkkür edib. "Facebook"un qurucusu CBS-ə şərhlərində bildirib: "Mən sadəcə olaraq daimi yaradıcı layihələr axını saxlamağa çalışıram".

Qeyd edək ki, 40 yaşlı Mark Zukerberqin 39 yaşlı həyat yoldaşı Prisçilla Çan ABŞ-da Vyetnamdan olan çinli qaçqın ailəsində anadan olub. Onlar 20 ildir birlikdədirlər və üç qızarı var. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->