Xəbər lenti

100 milyon mənfəət əldə edən Fond 1 milyon vergi borcunu ödəmir
Ekonomiks 15:07 03.09.2024

100 milyon mənfəət əldə edən Fond 1 milyon vergi borcunu ödəmir

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bir ildən artıqdır ki, bir milyon manatdan çox vergi borcunu ödəmir.

Valyuta.az-ın araşdırmasına görə, 2 sentyabr 2024-cü il tarixinə Fondun yığılmış vergi borcu 1 milyon 5,1 min manat olub.

Qeyd edək ki, ƏSF-in vergi borcu 2023-cü ilin may ayında 1 milyon 140,4 min manat təşkil edib. Başqa sözlə, Fondun vergi borcu nisbətən azalsa da, vəsaitin böyük hissəsinin ödənilməsi hələ də gecikdirilir. 

Maraqlıdır ki, ƏSF bu ilin əvvəlində açıqladığı hesabata əsasən 2021 və 2022-ci illər üzrə 100 milyon manatdan çox xalis mənfəət əldə edib. Fond 2023-cü il üzrə hesabatını hələlik açıqlamasa da, bu dövr üzrə də böyük həcmdə mənfəət əldə edəcəyi təxmin edilir. Belə olan halda qurumun uzun müddətdə vergi borcunun yaranması təəccüb doğurur.

Nəzərə alaq ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulub.

Xatırladaq ki, ƏSF 2007-ci ildə yaradılıb. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üzrə lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->