Xəbər lenti

“Təklənən Tehran Latın Amerikasından kömək istəyir” - Ekspert
Dünya 19:12 12.06.2023

“Təklənən Tehran Latın Amerikasından kömək istəyir” - Ekspert

"Rəisinin Latın Amerikası ölkələrinə səfəri öz müdafiəsini gücləndirməyə hesablanıb”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev İran prezidenti İbrahim Rəisini Latın Amerikası ölkələrinə səfərini şərh edərkən deyib.
 
"İran ətrafında həlqə daralır. Tehran da bu gəlişmələri hiss edərək, tərəfdaş axtarışına çıxmaqla müxtəlif diplomatik trafiklərə önəm verir. İran prezidentinin bu səfəri ölkəsi ətrafında daralan tıxacdan qorunmaq, iqtisadi, hərbi-siyasi nəfəslik almaq məqsədi daşıyır. Amma Tehran unudur ki, ölkənin daxili vəziyyəti olduqca gərgindir. Ölkənin xarici siyasətində də aqressiv hərəkətlər üstünlük təşkil edir. İran yaxın və uzaq qonşuları ilə qeyri-sabit vəziyyətdədir. Onlara qarşı hətta ərazi iddiaları ilə çıxış edir”, deyə ekspert bildirib. 

Həmsöhbətimiz Rəisinin Latın Amerikasına səfər çərçivəsində bu regiondakı ölkələri öz tərəfinə çəkə biləcəyini düşünmür: 

"İran düşmənlərinə qarşı mübarizədə blok və immunitet bazası yaratmağa çalışır ki, özünü təcrid vəziyyətindən çıxarsın. Amma o qarşıya qoyduğu bu   məqsədə nail olmayacaq. Çünki onun etdiyi gedişlər  müasir qlobal çağırışlara tərs-mütənasibdir və böyük dövlətlər tərəfindən qəbul olunmur. Bu səbəbdən  Rəisinin Latın Amerikasına səfəri də real uğur qazandırmayacaq”. 

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi Latın Amerikası ölkələrinə səfərə gedib. O, Venesuela, Nikaraqua və Kubada olacaq. Nümayəndə heyətində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Prezident Administrasiyasının rəhbəri, İranın 13-cü hökumətinin neft naziri Cavad Ouci, İran Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmmədrza Gərayi Aştiani və digər rəsmi şəxslər yer alır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->