Xəbər lenti

Dünya 16:16 24.11.2024

"Çin hakerləri 150 ABŞ siyasətçisini dinləyib" - FTB

ABŞ senatoru Mark Uorner CNN telekanalına verdiyi müsahibədə bildirib ki, Federal Təhqiqatlar Bürosu (FTB) təxminən 150 amerikalı siyasətçi və yüksək vəzifəli məmuru çinli hakerlərin mümkün casusluq fəaliyyəti barədə məlumatlandırıb.
 
Qaynarinfo xəbər verir ki, Uorner bu hadisəni ölkə tarixində telekommunikasiyalara edilən ən pis hücum adlandırıb.
 
Senator əlavə edib ki, çinli hakerlər daha çox insanın məlumatlarına çıxış əldə edə biliblər.

Artan Çin kiber təhdidləri ilə bağlı ABŞ-ın aparıcı telekommunikasiya şirkətlərinin rəhbərləri ilə milli təhlükəsizlik orqanlarının nümayəndələri arasında Ağ Evdə görüş keçirilib. Ağ Ev rəsmiləri bu cür görüşlərin Vaşinqtonun kiberhücumlara qarşı müdafiəsini gücləndirmək üçün məsləhətləşmələr aparmaq məqsədi daşıdığını bildiriblər.

Bundan əvvəl məlum olmuşdu ki, Çin seçilmiş prezident Donald Tramp, seçilmiş vitse-prezident Cey Di Vens, həmçinin Trampın kürəkəni Cared Kuşner və oğlu Erik Trampın telefon danışıqlarını dinləməyə cəhd edib.
 
Çin kiberhücumlar və casusluq ittihamlarını rədd edir.
 
Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->